4 NOYABR 2014-CÜ İL
YUNANISTAN
Beynəlxalq konqreslərin icmalı: Yunanıstandakı Olimpiya stadionu qapılarını Yehovanın Şahidlərinin üzünə açdı
AFİNA, Yunanıstan. Yehovanın Şahidləri Afina Olimpiya Atletika Mərkəzində 2014-cü il 27—29 iyun tarixində «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı beynəlxalq konqres keçirdilər. (2004-cü ildə burada Olimpiya oyunları keçirilmişdi.) Konqresdə 35863 nəfər iştirak edirdi. Proqramın müəyyən hissələrini Belçikada və Kiprdə videotranslyasiya vasitəsilə 3093 nəfər izləyirdi. Beləcə, iştirakçıların ümumi sayı 38956 nəfərə çatmışdı.
Konqresə Xorvatiyadan, Macarıstandan, Koreyadan, Rumıniyadan, Cənubi Afrikadan, Türkiyədən və Birləşmiş Ştatlardan nümayəndələr gəlmişdi. Baş Olimpiya stadionunun meneceri Kristina Mixail təəssüratını belə ifadə etmişdi: «Müxtəlif millətdən və ölkədən olan bu qədər insanı görmək adamı valeh edirdi. Onların birlikdə əyləşməsi, birgə şəkil çəkdirməsi,.. bu mehriban ab-hava mənə çox xoş təsir bağışladı. Bu, qeyri-adi bir şeydir. Bu stadionda indiyə qədər belə bir şey olmamışdı. Adətən, burada idman fanatları və azarkeşləri yığışır. Onlar özlərini tamamilə fərqli aparırlar. Bu səbəbdən konqresdəki mühit bizi heyran qoydu».
Yehovanın Şahidlərinin Yunanıstan filialının nümayəndəsi Robert Kern isə belə demişdi: «Filiala konqres proqramına və beynəlxalq qardaşlıqla birlikdə toplaşmaq imkanına görə yüzlərlə minnətdarlıq məktubu gəlmişdir. Başqa-başqa ölkələrdən olan çoxlu sayda bacı-qardaşlarımızı bu əlamətdar mərasimdə görmək çox xoş idi».
Əlaqə üçün:
Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel.: +1 718 560 5000
Yunanıstan: Babis Andreopulos, tel.: +30 210 617 8606