Başqa dinlərə münasibətiniz necədir?
Dini mənsubiyyətindən asılı olmayaraq, Müqəddəs Yazılardakı «hər cür insana hörmət edin» göstərişinə əməl edirik (İncil, 1 Peter 2:17). Məsələn, bəzi ölkələrdə yüz minlərlə Yehovanın Şahidi var. Hətta bu halda siyasətçilər və qanunvericilər vasitəsilə təzyiq göstərərək başqa dini qrupların fəaliyyətinə məhdudiyyət və ya qadağa qoymaq işindən uzaq dururuq. Eləcə də öz dini və əxlaqi baxışlarımızı cəmiyyətdə tətbiq olunması üçün hansısa qanunların qəbul edilməsi üzrə kampaniyalar keçirmirik. Əksinə, başqalarından gözlədiyimiz hörməti onlara göstərməyə çalışırıq (İncil, Matta 7:12).